• Bakı 12° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Cinpin Honkonqdakı yanğınla bağlı tapşırıq verdi

DÜNYA

26 Noyabr 2025 | 20:41

Cinpin Honkonqdakı yanğınla bağlı tapşırıq verdi

Çin Sədri Si Cinpin Honkonqda baş verən yanğınla bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Ölkə lideri yerli hakimiyyət orqanlarından yanğının söndürülməsi və qurbanların xilas edilməsi, tələf və ziyanı minimuma endirmək üçün mümkün olan hər şeyi etməyi tələb edib.

Qeyd edək ki, noyabrın 26-da Honkonqun Tay Po rayonunda yerləşən çoxmərtəbəli yaşayış kompleksində güclü yanğın baş verib.

Son məlumatlara görə, yanğın nəticəsində 13 nəfər ölüb, 22 nəfər isə yaralanıb. Hadisə yerində 767 yanğınsöndürən və 400 polis əməkdaşının olduğu bildirilir.


SON XƏBƏRLƏR