• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

HƏMAS daha bir İsrail girovunun cəsədini təhvil verəcək

DÜNYA

27 Oktyabr 2025 | 22:28 | Müəllif: Gülşən Şərif

HƏMAS daha bir İsrail girovunun cəsədini təhvil verəcək

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında girov götürülmüş daha bir şəxsin cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, müvafiq bəyanat hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın "Telegram" kanalında yayımlanıb.

"İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi razılaşmasının bir hissəsi olaraq yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00) daha bir israilli girovun cəsədini tibb işçilərinə təhvil vermək qərarına gəldik", - açıqlamada vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026