• Bakı 12° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Hələ də söndürülməyən yanğında ölənlərin sayı 36-ya çatdı - YENİLƏNİB + VİDEO

DÜNYA

26 Noyabr 2025 | 22:25

Hələ də söndürülməyən yanğında ölənlərin sayı 36-ya çatdı - YENİLƏNİB + VİDEO

Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin baş icraçı direktoru Con Li Ka-çiu bildirib ki, yanğında 36 nəfər ölüb, 29 nəfər yaralanıb, onlardan 7-si ağır vəziyyətdədir və 279 nəfərdən hələ də xəbər yoxdur. 

Bakıvaxtı.az xəbər verir ki, yanğın 1900-dən çox mənzildən ibarət kompleksdə təmir üçün binaların xarici hissəsinə quraşdırılmış bambuk lövhələr səbəbindən sürətlə yayılıb. Binalarda hələ də insanların qaldığı bildirilir.

Yanğınsöndürənlər yanğına müdaxilə etməyə davam edir.

*** 18:14

Honkonqda yaşayış kompleksində son 17 ildə baş verən ən dəhşətli yanğın 13 nəfərin həyatına son qoyub.

Bakıvaxtı.az xəbər verir ki, yanğın təxminən 4000 sakinin yaşadığı səkkiz 31 mərtəbəli binanın hamısını əhatə edib. İyirmi iki nəfər yaralanıb və yüzdən çox heyvan yanan kompleksdə qalıb.

Hadisə yerində 767 yanğınsöndürən və 400 polis əməkdaşı çalışır. Sakinlər üçün müvəqqəti sığınacaqlar açılıb və Qırmızı Xaç qurbanlara psixoloji dəstək göstərir.

Yanğın binaların bambuk çərçivələrindən başlayıb və sürətlə yayılıb.


SON XƏBƏRLƏR