Batumidə İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 1973-cü il təvəllüdlü Türkiyə vətəndaşı J.K.saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Georgia Online" məlumat yayıb.
"O, Türkiyə Respublikasında azadlıqdan məhrum etmə və təhdidlərə görə məhkum edilib və 2025-ci ilin noyabr ayından qırmızı bülletenlə axtarışda olub", - deyə məlumatda qeyd olunub.
Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir ki, hazırda saxlanılan şəxsin qanunla nəzərdə tutulduğu kimi ekstradisiyası prosesi davam edir.
Bakı 




