ABŞ Venesuelanın idarə olunmasında bir neçə il ərzində iştirak edə bilər.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt "CBS" telekanalının efirində bəyan edib.
"Mən dəqiq vaxt çərçivəsini bilmirəm. Söhbət həftələrdən yox, daha çox aylardan gedir. Ola bilsin, bir il, iki il, bəlkə də, daha çox", – Rayt Vaşinqton rəhbərliyinin Venesuelanın idarə olunmasında nə qədər iştirak edəcəyi ilə bağlı suala cavabında deyib.
O həmçinin bildirib ki, Amerika neft şirkətləri Venesuelada 50 ildən sonra da fəaliyyətini davam etdirəcək.
"Fox News" telekanalına verdiyi müsahibədə Rayt təxminən 12 böyük neft şirkətinin Venesuelada işləməyə hazır olduğunu qeyd edib.
Bakı 




