Son dövrlər Türkiyəyə səfər edən iranlıların sayında kəskin azalma müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP xəbər agentliyi məlumat yayıb.
"İran pulunun kəskin şəkildə ucuzlaşması iranlıların Türkiyəyə səfər etməməsinin əsas amilidir", - məlumatda bildirilib.
Qeyd olunub ki, İran valyutasının ucuzlaşması iranlıların böyük bir hissəsi üçün səyahət, alış-veriş və hətta Türkiyədə ucuz otellərdə qısamüddətli qalması üçün artıq mümkün deyil.
Bakı 




