• Bakı C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Kolumbiyada leysan və torpaq sürüşməsi nəticəsində onlarla insan ölüb

DÜNYA

10 Fevral 2026 | 19:03

Kolumbiyada leysan və torpaq sürüşməsi nəticəsində onlarla insan ölüb

Kolumbiyada güclü yağışların fəsadları səbəbindən 22 nəfər ölüb, minlərlə ailə təxliyə edilib.

Bakıvaxtı.az "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

"Həlak olanların ümumi sayından 14-ü Kordova və Sukre departamentlərində qeydə alınıb, azı 9 000 ev zərər görüb. Cənub-qərbdəki Narinyo departamentində isə torpaq sürüşməsi nəticəsində yeddi nəfər ölüb", - məlumatda bildirilib.

Qeyd olunub ki, ilin bu vaxtında güclü yağışlar Kolumbiya üçün nadir hadisədir.


SON XƏBƏRLƏR