• Bakı 17° C

    3.93 m/s

Vensə Qarabağla bağlı kitab hədiyyə etdi - Paşinyan işdən çıxardı

DÜNYA

12 Mart 2026 | 17:45

Vensə Qarabağla bağlı kitab hədiyyə etdi - Paşinyan işdən çıxardı

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən azad olunub.

Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı brifinqdə Paşinyan özü açıqlayıb. 

Bildirilib ki, buna səbəb ABŞ vitse-prezidenti Ceyms Devid Vensin fevralda İrəvana səfəri zamanı Qzoyanın ona Qarabağın tarixi barədə kitab hədiyyə etməsi olub. 

Paşinyan onun bu addımının Ermənistanın xarici siyasətinə zidd olduğunu vurğulayıb: “Ölkənin Baş naziri Qarabağ hərəkatının olmadığını dediyi bir zamanda, xarici qonağa Qarabağ məsələsinə dair kitab hədiyyə etmək nə deməkdir?”


Vensə Qarabağla bağlı kitab hədiyyə etdi - Paşinyan işdən çıxardıVensə Qarabağla bağlı kitab hədiyyə etdi - Paşinyan işdən çıxardı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026