• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

İranın qonşu ölkələrdən XAHİŞİ

DÜNYA

12 Mart 2026 | 16:05

İranın qonşu ölkələrdən XAHİŞİ

İran qonşu ölkələrdən ABŞ-ın onların ərazilərindən sui-istifadə etməsinə icazə verməmələrini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Onlar ali liderimizi, ən vacib komandirlərimizi öldürdülər. Bu qədər zəngin sivilizasiyaya, suveren dövlətə malik bir ölkənin bu dəhşətli təcavüzə qarşı laqeyd qalacağını gözləyirsiniz? Qonşularımızdan öz ərazilərindən ABŞ-ın sui-istifadə etməsinə icazə verməmələrini xahiş etdik”, - o bildirib.

Bəqainin sözlərinə görə, avropalıların üzərinə böyük məsuliyyət düşür:

“Onlar bu ədalətsizliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarətli olmalıdırlar və belə etsəydilər, biz onları vasitəçi rolunda görmək istərdik”.


SON XƏBƏRLƏR