• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Makron növbəti həftə Hindistana səfər edəcək

DÜNYA

10 Fevral 2026 | 18:38 | Müəllif: Subhan Mahmudov

Makron növbəti həftə Hindistana səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron fevralın 17-19-da Hindistana səfər edəcək və orada Baş nazir Narendra Modi ilə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Hindistan XİN-in bəyanatına istinadən məlumat yayıb.

Modi və Makron Hind-Sakit okean regionunda əməkdaşlıq da daxil olmaqla, qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə edəcəklər.

Fransa Prezidenti həmçinin Dehlidə keçiriləcək "AI Impact Summit"də iştirak edəcək.

"Makron Hindistan və Fransa İnnovasiya İlinin açılışını etmək üçün Hindistanın maliyyə paytaxtı Mumbaya səfər edəcək", - məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026