• Bakı 25° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Rusiya təyyarəsi Lənkəranda eniş etdi - YENİLƏNİB

DÜNYA

12 Mart 2026 | 15:46

Rusiya təyyarəsi Lənkəranda eniş etdi - YENİLƏNİB

Rusiya İrana humanitar yardım göndərib.

Bakıvaxtı.az Azərtac-a istinadən xəbər verir ki, humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin "İl-76" təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında yerə enib.

On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir.

Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınır.

Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

***

15:24

Rusiya FHN-nin təyyarəsi Lənkəranda eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, təyyarə İrana humanitar yardım ilə yüklü olub.

On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir.


Rusiya təyyarəsi Lənkəranda eniş etdi - YENİLƏNİBRusiya təyyarəsi Lənkəranda eniş etdi - YENİLƏNİBRusiya təyyarəsi Lənkəranda eniş etdi - YENİLƏNİBRusiya təyyarəsi Lənkəranda eniş etdi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026