Son sutka ərzində İsrailin Qəzza sektoruna hücumları nəticəsində azı üç nəfər həlak olub, daha doqquz nəfər yaralanıb.
Bakıvaxtı.az-ın "Al Jazeera"yə istinadən verdiyi məlumata görə, bu barədə səhiyyə sistemindəki mənbələr bildiriblər.
Mənbənin sözlərinə görə, gecə və bazar günü reydləri zamanı İsrail qüvvələri Qəzza sektorunun cənubunda yerləşən Rəfah və Xan-Yunis şəhərlərini, Qəzza şəhərinin cənub-şərqindəki Zeytun rayonunu və anklavın digər ərazilərini hədəfə alıb.
"Wafa" agentliyi də Qəzza şəhərində Tuffa və Zeytun rayonlarının şərq hissəsində artilleriya atəşləri, həmçinin həmin günün sonrakı saatlarında hərbi texnika ilə atəş açılması barədə məlumat yayıb.
Məlumata görə, İsrail təyyarələri həmçinin anklavın mərkəzində yerləşən Bureyc qaçqın düşərgəsinin şərq hissəsində, eləcə də Qəzzanın şimalındakı Cəbaliya və Beyt-Lahiyada bir neçə əraziyə zərbələr endirib.
Bakı 




