"Belarus artıq müdafiə qabiliyyətini gücləndirməli olacaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrin gücləndirilməsi və hərbi-sənaye kompleksinin inkişafı ilə bağlı məsələlərə həsr olunmuş iclasda bildirib.
Məlumata görə, müasir şəraitdə yalnız hərbi sahədə təhlükəsizliyini təmin edə bilən dövlət özünü qoruya bilər: "İstəsək də, istəməsək də, mən Belarus xalqını bu barədə çoxdan xəbərdar etmişəm, bunu daha yaxşı bilirsiniz, müdafiə qabiliyyətimizi gücləndirməli olacağıq", - deyə o bildirib.
Əli Hüseynov
Bakı 




