• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Gürcüstanda torpaq sürüşməsi - 5 ev uçdu

DÜNYA

12 Mart 2026 | 13:31

Gürcüstanda torpaq sürüşməsi - 5 ev uçdu

Tkibuli bələdiyyəsinin Kurseb kəndi ərazisində baş verən torpaq sürüşməsi nəticəsində 5 yaşayış evi uçub, 38 ailə isə təhlükəsizlik məqsədilə təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tkibuli Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, sürüşmə prosesləri kəndin Berodzeebi və Qoqolaşvili məhəllələrində qeydə alınıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

Məlumata görə, zərər çəkmiş ailələrin yerləşdirilməsi üçün bələdiyyə tərəfindən hotellərdə müvəqqəti yaşayış təmin edilir.

Yerli və regional hakimiyyət nümayəndələri hadisə yerinə gəliblər. Bələdiyyə mövcud vəziyyətlə bağlı vətəndaşlar üçün qaynar xətt də yaradıb./24News.ge


SON XƏBƏRLƏR