• Bakı 10° C

    9.78 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

İranda internet kəsintisi 1000 saatdan çoxdur davam edir

DÜNYA

11 Aprel 2026 | 10:49

İranda internet kəsintisi 1000 saatdan çoxdur davam edir

İranda ABŞ və İsrailin birgə əməliyyatı ilə əlaqədar internetin kəsintisi 1000 saat göstəricisinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Netblocks" rəqəmsal monitorinqinin məlumatları təsdiqləyir.

İranın daxili şəbəkəsinin işləməyə davam etməsinə, yerli mesajlaşma tətbiqlərini, bank platformalarını və digər xidmətləri dəstəkləməsinə baxmayaraq, fevralın əvvəlindən indiyədək qlobal şəbəkəyə çıxış ciddi məhdudiyyətlər altındadır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ və İran arasında danışıqlar aprelin 11-də Pakistanda keçiriləcək.


SON XƏBƏRLƏR

10 Aprel 2026