• Bakı C

    11.72 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Luis Enrike PSJ-dən ayrıla bilər

İDMAN

11 Yanvar 2026 | 13:05

Luis Enrike PSJ-dən ayrıla bilər

Fransanın PSJ klubunun ispaniyalı baş məşqçisi Luis Enrike postunu tərk edə bilər

Bakıvaxtı.az “Daily Express” nəşrinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis 2027-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil.

Enrike digər komandada yeni çağırış almaq istəyir. Daha əvvəl Fransa klubunun idman direktoru Luish Kampuş mütəxəssisin PSJ-dən gedəcəyi ilə bağlı xəbərləri doğru saymamışdı.

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayından Paris klubunun baş məşqçisi vəzifəsindədir. Onun rəhbərliyi altında PSJ Çempionlar Liqasını, UEFA Superkubokunu qazanıb, iki dəfə Fransa çempionu olub. Cari mövsüm Liqa 1-in 17 turundan sonra Enrikenin kollektivi 39 xal toplayaraq ikinci pillədə qərarlaşıb./Teleqraf 


SON XƏBƏRLƏR

10 Yanvar 2026