İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta vəzifəsindən istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Klubun rəsmi bəyanatında bildirilib.
Qeyd edilib ki, qərar onun gələn ay keçiriləcək yeni prezident seçkilərində namizədliyini irəli sürməsi ilə bağlıdır.
Laporta nizamnamənin tələblərinə uyğun olaraq, 15 mart tarixinə təyin edilmiş seçkilərdə iştirak etmək üçün bu addımı atıb. Onunla birlikdə vitse-prezidentlər Yelena Fort, Antonio Eskudero və idarə heyətinin daha 7 üzvü də seçki prosesinə qatılmaq məqsədilə istefa veriblər.
Yeni rəhbərlik formalaşana qədər klubu keçid dövründə müvəqqəti olaraq Rafael Yuste idarə edəcək. İdarə heyətinin səlahiyyət müddəti iyunun 30-da başa çatacaq.
Bakı 




