Azərbaycan II Liqasında çıxış edən "Şəmkir" komandasına texniki məğlubiyyət verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bu gün baş tutan iclasında qərar qəbul edilib.
Buna səbəb Şəmkir təmisçisinin XVII tur çərçivəsində "Xankəndi" ilə oyunda Əsasnamənin tələblərini pozmasıdır.
Bildirilib ki, meydan sahibi komanda tələbləri pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, Peşəkar Futbol Liqasının (PFL) tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydana çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyət (maddə 58.3, 77.1, 88, 94) alıb.
Bakı 




