• Bakı 18° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

AFFA "Səbail" klubunu cərimələdi

İDMAN

10 Aprel 2026 | 12:19

AFFA "Səbail" klubunu cərimələdi

Azərbaycan I Liqasında çıxış edən "Səbail" klubu 2610 manat cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna XXI turda "Şəfa" ilə oyunda yaşananlar səbəb olub.

"Dənizçilər" dörd futbolçu sarı vərəqə aldığı üçün 210 manat ödəyəcək. Bundan əlavə, "Səbail"in tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə edilib.

"Şahdağ Qusar" isə 150 manat ziyana düşüb. "Difai" ilə görüşün 77-ci dəqiqəsində futbolçu Kvaku Adjey ikinci sarı vərəqəni alaraq meydandan qovulub. O, bir oyunluq cəzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026