“İmişli” Misli Premyer Liqasının 31-ci turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Zirə” ilə 0:0 hesablı heç-heçə edib.
Bakıvaxtı.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyundan sonra görünmədiyim üçün Rəşad Sadıqovdan üzr istəyirəm. Çox yaxşı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissədə yaxşı oynadıq. Rəqibdən daha çox qol şansları yaratdıq. İkinci yarıda da rəqabətli oyun gedirdi. Son 20 dəqiqədə “Zirə” daha fəal idi. Buna görə də müdafiə olunduq. Məncə, heç-heçə ədalətli nəticədir. Bu mövsüm “Zirə”yə məğlub olmadıq. Vacib məsələ odur ki, “İmişli” öz məqsədinə nail olub. Oyunçularımı təbrik edirəm. Hər matçda mübarizə aparıblar. “Zirə”yə ölkə kubokunun finalında uğurlar arzulayıram.
- Ev oyunlarınızı başqa stadionda keçirsəydiniz, “İmişli” daha yuxarı pillələrdə ola bilərdi?
- Bilmirəm. Bizim meydanımız buradır, burada oynamalıyıq. Əlimizdən gələni etdik.
- Mətbuatda yayılan xəbərlərə görə, klub rəhbərliyi növbəti mövsüm üçün ispaniyalı məşqçi ilə anlaşıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu barədə nə isə deyə bilmərəm.
Bakı 




