• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Nəriman Axundzadə ABŞ klubuna keçir - RƏSMİ

İDMAN

10 Fevral 2026 | 11:39

Nəriman Axundzadə ABŞ klubuna keçir - RƏSMİ

"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi "Kolumbus Kru"ya mümkün keçidi ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun rəsmi saytında bildirilib.

"Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatmış və tərəflər arasında razılıq əldə olunmuşdur.

Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilmişdir.

Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaqdır".


SON XƏBƏRLƏR

09 Fevral 2026