• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yamaldan növbəti rekord

İDMAN

11 Mart 2026 | 20:53 | Müəllif: Subhan Mahmudov

Yamaldan növbəti rekord

"Barselona”nın gənc ulduzu Lamin Yamal Çempionlar Liqasının 1/8 finalında “Nyukasl”la matçda (1:1) vurduğu qolla klub tarixində fərqlənib.

Bakıvaxtı.az xəbər verir ki, 90+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən 18 yaşlı vinger bu mövsüm qollarının sayını 20-yə çatdırıb. O, son 15 ildə “Barselona”da bir mövsümdə 20 qol vuran ilk ispaniyalı futbolçu olub.

Qeyd edək ki, Kataloniya təmsilçisində sonuncu dəfə bu göstəriciyə 2010/2011 mövsümündə 23 qolla David Vilya nail olub. 

Xatırladaq ki, Yamal cari mövsümdə 37 matçda 20 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026