• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Paratiçi yenidən "Tottenhem"dən gedir

İDMAN

11 Yanvar 2026 | 22:45 | Müəllif: Subhan Mahmudov

Paratiçi yenidən "Tottenhem"dən gedir

“Tottenhem”in idman direktoru Fabio Paratiçi vəzifəsindən ayrılmağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, italiyalı funksioner fevralın əvvəlində “Fiorentina”nın düşərgəsinə yollanacaq. Bu qərarın şəxsi səbəblərdən dolayı verildiyi bildirilib.

Xatırladaq ki, Paratiçi ötən ilin oktyabrında futbol fəaliyyətinə qoyulan 30 aylıq cəzası başa çatdıqdan sonra “Tottenhem”də işinə qayıtmışdı. O, əvvəl “Yuventus”da çalışdığı dönəmdə maliyyə pozuntuları və transfer məbləğlərinin sənədlərdə şişirdilməsi səbəbindən cəzalanan 11 rəhbərdən biri olmuşdu.

Qeyd edək ki, Paratiçi bu transfer pəncərəsində də fəal olub. O, “Santos”un braziliyalı müdafiəçisi Souzanın transferi üzrə danışıqlarda iştirak edib. Əgər klublar şərtlərdə razılığa gəlsə, keçid reallaşa bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026