• Bakı 12° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

“Qarabağ” "Şamaxı"ya qalib gəldi - YENİLƏNİB

İDMAN

10 Fevral 2026 | 17:03

“Qarabağ” Şamaxıya qalib gəldi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasının XIX turunun növbəti oyunu “Şamaxı” və “Qarabağ” komandaları arasında keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib.

Görüşdə hesabı 14-cu dəqiqədə Oruc Məmmədov açıb. 4 dəqiqə sonra isə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Coni Montiel cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib.

90+4-cü dəqiqədə isə Kamilo Duran komandasının qələbə qolunun müəllifi olub.

Bununla da ikinci sırada olan “Qarabağ” xallarının 42-yə çatdırıb. “Şamaxı” 23 xalla səkkizincidir./Teleqraf

***

15:02

Hava şəraiti ilə bağlı olaraq başlama saatı dəyişdirilən "Şamaxı" – "Qarabağ" oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma saat 14:53-də start götürüb.

***

14:23

Güclü qar səbəbindən Misli Premyer Liqasının XIX turunda keçirilməli olan "Şamaxı" – "Qarabağ" oyununun başlama saatı dəyişdirilib.

Bu barədə Bakıvaxtı.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.

Bildirilib ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.


SON XƏBƏRLƏR

03 Aprel 2026