• Bakı 10° C

    12.53 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Balotelli Ərəbistan liqasında sonuncu olan komandada oynayacaq

İDMAN

11 Yanvar 2026 | 09:55

Balotelli Ərəbistan liqasında sonuncu olan komandada oynayacaq

İtaliyalı hücumçu Mario Balotelli karyerasını Yaxın Şərqdə davam etdirəcək.

Bakıvaxtı.az jurnalist Canluka Di Marzioya istinadən verdiyi məlumata görə, təcrübəli hücumçu Dubayın "Al-İttifaq" klubuna keçməyə razılıq verib.

35 yaşlı futbolçu 2025-ci ilin iyul ayında "Cenoa"dan ayrıldıqdan sonra komandasız qalıb. Bir neçə aylıq fasilədən sonra Balotelli hazırda ölkənin ikinci ən güclü divizionu olan Səudiyyə Ərəbistanı Premyer Liqasının sonuncu pilləsində qərarlaşan "Al-İttifaq"la iki il yarımlıq müqavilə imzalayıb.

Keçidin 12 yanvarda baş tutacağı gözlənilir. Qeyd edək ki, 2025-ci ilin payızında vəzifəyə başlayan yeni klub prezidenti Pietro Latertsa Balotelli ilə ilk transfer qərarını verib.


SON XƏBƏRLƏR

10 Yanvar 2026