Xaçmazda 59 yaşlı kişi qatarın vurması nəticəsində ölüb
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Xaçmaz rayonunun Qaraqurdlu kəndində baş verib.
Dəmir yolu xəttini keçmək istəyən kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladovu hərəkətdə olan qatar vurub. O, ağır xəsarətlərlə qardaşı tərəfindən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır./Unikal
Bakı 




