• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Təzə doğulan körpə xəstəxanada öldü - YENİLƏNİB

HADİSƏ

10 Fevral 2026 | 12:36

Təzə doğulan körpə xəstəxanada öldü - YENİLƏNİB

Beyləqan rayonunda yeni doğulan körpə dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı səbəbindən ölüb.

Bu barədə Bakıvaxtı.az-a Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hamiləliyinin 39-cu həftəsində olan pasiyentdə təbii doğuş prosesi icra edilib. Körpənin çəkisi 4100 qr, boyu 53 sm. olub. Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmazlığı diaqnozu təyin olunub. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq fevralın 9-da saat 12:00 radələrində yenidoğulmuşun bioloji ölüm faktı qeydə alınıb.

Hadisə ilə əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

***

10:50

Beyləqan rayonunda yeni doğulan körpənin ölümü qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Birinci Şahsevən kənd sakini 30 yaşlı Ülviyyə Musa qızı Əliyeva Beyləqan Rayon Mərkəzi Xəstəxanasına doğuş səbəbilə daxil olub.

Onun dünyaya gətirdiyi oğlan uşağı doğuşdan sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

09 Fevral 2026