• Bakı C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Salyanda "KIA" aşdı: Ölən və yaralanan var

HADİSƏ

11 Mart 2026 | 08:14

Salyanda KIA aşdı: Ölən və yaralanan var

Salyanda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Bakıvaxtı.az report-a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "KİA" markalı avtomobil anidən idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində ölüb. 2007-ci il təvəllüdlü Orucsoy Nahid Sadiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  İlkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

10 Mart 2026