• Bakı C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

İstanbuldan uçuşlar təxirə SALINDI

DÜNYA

11 Yanvar 2026 | 21:37

İstanbuldan uçuşlar təxirə SALINDI

Yanvarın 12-sinə gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul hava limanında nəzərdə tutulan 54 səfər (qalxış və eniş) təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Türk Hava Yolları” (THY) aviaşirkətinin media müşaviri Yahya Üstün məlumat verib.

Onun sözlərinə görə, bu qərarın Türkiyənin Meteoroloji Fövqəladə Hallar Komitəsi (MADKOM) tərəfindən qəbul edildiyi, uçuşlarla bağlı ən son məlumatın THY-nin rəsmi səhifəsində yayımlanacağı bildirilib.

Qeyd edək ki, sabaha gözlənilən güclü qar yağışı səbəbindən İstanbulda təhsil ocaqlarında da birgünlük ara verilib.


SON XƏBƏRLƏR

11 Yanvar 2026