Türkiyə Hərbi Hava Qüvvələri 2026-cı ildə NATO-nun Baltik Hava Polisi proqramının bir hissəsi olaraq Estoniya, Latviya və Litvanın hava məkanını qorumaq üçün Estoniyadakı Amari hava bazasında yerləşdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsaxna deyib.
"Biz 20 ildir NATO-da müttəfiqik və Türkiyənin 2026-cı ildə NATO-nun Baltik Hava Polisi proqramına qoşulmaq qərarı müttəfiqlərin birliyi və Alyansın təhlükəsizliyinə töhfə verməyə hazır olduqları barədə açıq bir mesaj göndərir.
Gərgin təhlükəsizlik vəziyyətində bölgəmizdə müttəfiqlərin daimi və görünən iştirakı çox vacibdir", - o bildirib./Axar.az
Bakı 




