• Bakı 10° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Yaponiya NATO-nun Ukraynaya dəstək planına qoşulur

DÜNYA

10 Fevral 2026 | 11:12

Yaponiya NATO-nun Ukraynaya dəstək planına qoşulur

Yaponiya Ukrayna üçün Amerika silah və avadanlıqlarının alınması üçün NATO-nun dəstək proqramına qoşulmaq qərarına gəlib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NHK-yə Şimali Atlantika Alyansındakı mənbələr məlumat verib. 

Onların sözlərinə görə, Tokio təşəbbüs çərçivəsində radar sistemləri və zirehli gödəkçələr də daxil olmaqla, ölümcül olmayan avadanlıqlar alacaq. NHK-nın həmsöhbətləri qeyd ediblər ki, Yaponiya hakimiyyəti artıq bir neçə NATO üzvünü və Ukraynanı qərarları barədə məlumatlandırıb.

Yaxın gələcəkdə rəsmi açıqlama gözlənilir.

Aynur Babazadə


SON XƏBƏRLƏR

11 Mart 2026