• Bakı C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Papa Ukraynaya yardım göndərdi

DÜNYA

10 Fevral 2026 | 14:08

Papa Ukraynaya yardım göndərdi

Roma Papası XIV Leo sərt qış şəraiti və müharibənin fəsadları fonunda Ukraynaya humanitar yardımın göndərilməsini təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Papanın təşəbbüsü ilə Ukraynaya 80 elektrik generatoru olan üç yük avtomobili göndərilib və onlar artıq çatdırılıb.

Bundan əlavə, Ukraynaya minlərlə dərman vasitəsi, o cümlədən antibiotiklər, iltihabəleyhinə preparatlar, qida əlavələri və stres altında olan şəxslərin yuxusunu yaxşılaşdırmaq üçün melatonin göndərilib.

Bildirilib ki, daha bir yardım yükünün göndərilməsi də planlaşdırılır.


SON XƏBƏRLƏR