• Bakı C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Qazaxıstandan rus dili ilə bağlı qərar

DÜNYA

10 Fevral 2026 | 11:06

Qazaxıstandan rus dili ilə bağlı qərar

Qazaxıstanda rus dilindən istifadəyə dair tərif yeni Konstitusiya layihəsində dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstanın Konstitusiya Məhkəməsi sədrinin müavini Baxıt Nurmuxanov bildirib.

“Yeni Konstitusiyanın 9-cu maddəsində “bərabər” sözü “yanaşı” sözü ilə əvəz olunur”, - Nurmuxanov qeyd edib.

O vurğulayıb ki, layihədəki redaktə və üslub dəyişiklikləri terminoloji və semantik vahidliyin təmin edilməsi ilə bağlıdır.

Qazaxıstanın qüvvədə olan Konstitusiyasının 7-ci maddəsinin hazırkı variantına əsasən, dövlət qurumları və yerli özünüidarəetmə orqanlarında rus dili qazax dili ilə “bərabər” şəkildə rəsmi olaraq istifadə olunur. Amma ölkədə yeganə dövlət dili qazax dilidir.

Müzakirələrə görə, “bərabər” sözünün işlədilməsi rus dilini faktiki olaraq dövlət dili statusuna yaxınlaşdırır, o, təkcə ünsiyyət dili deyil, demək olar ki, ikinci dövlət dili kimi qəbul olunur.

“Qazax dili ilə yanaşı” ifadəsi isə bu mənanı verir: qazax dili yeganə dövlət dilidir, rus dili isə onunla birlikdə istifadə olunur, amma bərabər hüquqi statusa malik deyil. Rus dili hüquqi baxımdan dövlət dili ilə eyni səviyyədə deyil, millətlərarası ünsiyyətin funksional dili kimi tanınır.

Qazaxıstanın yeni Konstitusiya layihəsi yanvarın 31-də elan edilib. İctimai müzakirələrdən sonra sənəd ümumxalq referendumu ilə təsdiqlənməlidir. Referendumun tarixi hələ müəyyənləşdirilməyib.


SON XƏBƏRLƏR

09 Fevral 2026