• Bakı C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

22 il həbsdə qaldı, sonda günahsız çıxdı - Film kimi OLAY 

DÜNYA

12 Mart 2026 | 08:05

22 il həbsdə qaldı, sonda günahsız çıxdı - Film kimi OLAY 

Texas həbsxanasında 22 il məhbəs həyatı yaşayan və körpəni öldürməkdə ittiham olunan qadın məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Məhkəmə onun qüsurlu ifadələr və natamam dəlillər əsasında məhkum edildiyini müəyyən edib.

Bakıvaxtı.az LeFigaro.fr nəşrinə istinadən xəbər verir ki, əslən Hondurasdan olan 52 yaşlı Karmen Mejia həbsxanadan çıxarkən jurnalistlərə açıqlamasında çətin illərə baxmayaraq gücünü itirmədiyini deyib.

Onun sözlərinə görə, həbsdə olduğu müddətdə Allaha inamı ona dözmək gücü verib.

Vəkili Vanessa Potkin bildirib ki, məhkəmənin Mejianın günahsızlığını tanıması sevindirici olsa da, belə ağır ədalətsizlik heç vaxt baş verməməli idi.

Qeyd edək ki, Karmen Mejia himayəsində olan 10 aylıq körpəni qaynar suya salaraq öldürməkdə ittiham edilərək ömürlük həbs cəzasına məhkum edilmişdi. Körpə 2003-cü ildə aldığı ağır yanıqlar səbəbilə xəstəxanada ölüb və qadın əsasən ekspert şahidlərin ifadələrinə əsasən təqsirli bilinmişdi.

Sonradan vəkillər hadisənin qəsdən törədilmədiyini, körpənin çimdirildiyi zaman su qızdırıcısının temperaturu qəfil 60°C-dən yuxarı qaldırması nəticəsində baş verən məişət qəzası olduğunu sübut ediblər.

2025-ci ildə ilkin meyit yarılmasını aparan həkim də əvvəlki rəyini geri götürərək ölümün təsadüfi olduğunu bildirib.

2026-cı ilin yanvarında Texas Apelyasiya Məhkəməsi Mejianı günahsız hesab edib. Bu həftə isə Travis dairəsinin hakimi Devid Uolberq ittihamları rədd edərək onun azadlığa buraxılması barədə qərar verib.

Dinləmə zamanı prokuror köməkçisi Kollin Beller baş verənlərin faciəli hadisənin ədalətsiz hökmə çevrildiyini etiraf edib və qadının itirdiyi illərin geri qaytarılmasının mümkün olmadığını bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR

11 Mart 2026