• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Xocavənddə əmək yarmarkası keçiriləcək

CƏMİYYƏT

11 Mart 2026 | 15:52

Xocavənddə əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi və SOCAR-ın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, martın 13-ü saat 10:00-da Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçiriləcək yarmarkada qaz paylayıcı stansiyanın operatoru üzrə vakansiyalar təqdim olunacaq.

Aktiv məşğulluq tədbirində vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.


SON XƏBƏRLƏR