İranda müharibənin qlobal enerji bazarlarını sarsıtması fonunda enerji tərəfdaşlığımız hər zamankından daha böyük əhəmiyyət kəsb edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatda bildirib.
“Avropa İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaların və maliyyə vəsaitlərinin səfərbər edilməsinə hazırdır. Eyni zamanda Avropanın təmiz texnologiya şirkətlərinin Azərbaycanın iddialı planlarında daha fəal iştirakını təşviq edirik”, - deyə Antonio Koşta qeyd edib.
Bakı 




