• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Bu rayonlarda qanunsuz kömür quyuları aşkarlandı

CƏMİYYƏT

11 Mart 2026 | 19:52 | Müəllif: Subhan Mahmudov

Bu rayonlarda qanunsuz kömür quyuları aşkarlandı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Göygöl və Qəbələ rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar olunub.

Bakıvaxtı.az xəbər verir ki, Araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Abşeron rayonu Mehdiabad qəsəbə sakini Mehman Bayramov, Göygöl rayonu Toğanalı kənd sakinləri Bəxtiyar Verdiyev, Məzahir Qurbanov, Vüsal Quliyev və Qəbələ rayonu Nic qəsəbə sakini Ayxan Qəribli olduğu müəyyən edilib.

Faktlarla bağlı, adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür hazırlanma yerləri isə ləğv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026