• Bakı C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü - RƏSMİ

CƏMİYYƏT

10 Aprel 2026 | 17:30

Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü - RƏSMİ

Gəncə şəhəri, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbində dərs zamanı şagirdlərin ailələrini təhqir etdiyi deyilən müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbin müəllimi Tünzalə Qasımovanın dərs zamanı əvvəlcə azyaşlı şagirdlərdən birini, daha sonra isə sinifdə oxuyan uşaqların ailələrini təhqir etdiyi ilə bağlı səs yazısı yayılmışdı.

İdarədən bildiriblər ki, yayılan səs yazısı ilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırma çərçivəsində mütəxəssislər məktəbin şagird və valideynləri ilə görüşüb, məsələ ətraflı şəkildə müzakirə olunub.

Bildirilib ki, səs yazısında adı hallanan müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.


SON XƏBƏRLƏR