• Bakı C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Xocavənddə icra hakimiyyətində yeni təyinat

CƏMİYYƏT

10 Aprel 2026 | 19:30

Xocavənddə icra hakimiyyətində yeni təyinat

Vüsal Şirinov Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin katibi-katib vəzifəsinə təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Xocavənd rayon Qaradağlı kənd sakini, Vüsal Şirinov 07 avqust 2000-ci il tarixində anadan olub. 2006-ci ildə birinci sinifə daxil olub və 2017-ci ildə Xocavənd 4 saylı tam orta məktəbdən məzun olub. 2017-2021-ci illərdə Sumqayıt Dövlət Universietində Menecment ixtisası üzrə təhsil alıb.

Vüsal Şirinov Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə 23 sentyabr 2024-cü il tarixində elan edilən müsabiqənin müsahibə mərhələsindən 4 fevral 2025-ci il tarixində müvəffəqiyyətlə keçib və ehtiyat kadrlar siyahısına daxil edilib.

Müvafiq vəzifə vakant olduğu üçün Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Yeni Xocavənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin katibi-katib vəzifəsinə təyin edilib.


SON XƏBƏRLƏR