• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

“Toppuş bacı”nın əri: “Elə bir yerə çatmışam ki..."

ŞOU

12 Mart 2026 | 08:44 | Müəllif: Əli Hüseynov

“Toppuş bacı”nın əri: “Elə bir yerə çatmışam ki..."

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onunla bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, mərhumla fotosunu paylaşan Röyal bunları yazıb:

“Artıq elə bir yerə gəlib çatmışam ki, heç nə kömək etmir — nə bir paylaşım, nə bir yazı, nə də qəlbində olanları yazılara boşaltmaq. Orqanların öz fəaliyyətlərini dayandırması kimi, heç nə kömək etmir.

Həyatıma Tünüş gəldi, həyatım rəngləndi, yaşama səbəblərimi anladım, həyatda olan mövqeyimi anladım, sevməyi öyrəndim. Sonra getdi, hər şeyi özü ilə apardı! Amma mənə söz verdi: o dünyada məni özünə yenə də həyat yoldaşı qəbul edəcək.


O zaman özü ilə apardığı hər şeyi geri alacağam. Tünzalə və Röyal qaldığı yerdən davam edəcək, inşallah”. /bizim.media


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026