• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Azərbaycanlı aktrisa itinə ad günü keçirdi - VİDEO

ŞOU

10 Aprel 2026 | 12:03

Azərbaycanlı aktrisa itinə ad günü keçirdi - VİDEO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bu dəfə fərqli paylaşımı ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, aktrisa sevimli iti "Dolce" üçün xüsusi ad günü məclisi təşkil edib.

O, tədbirdən olan görüntüləri şəxsi Instagram hesabında izləyiciləri ilə bölüşüb.

Paylaşılan kadrlarda itin ad günü üçün hazırlanan dekorasiyalar, tort və xüsusi atmosfer diqqət çəkib. Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Bəzi istifadəçilər aktrisanın heyvanlara olan sevgisini yüksək qiymətləndirsə də, digərləri bu cür dəbdəbəli tədbirin müzakirəyə açıq olduğunu bildiriblər.


SON XƏBƏRLƏR