q
  • Bakı 24° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

4 serial birdən finala gedir

ŞOU

10 May 2026 | 11:10

4 serial birdən finala gedir

Uzak Şehir serialı Türkiyədə bazar ertəsi axşamları televiziya rəqabətini dəyişib. Serialın uğurundan sonra torpaq və aşirət mövzulu layihələrin sayı artıb.

Bakıvaxtı.az xəbər verir ki, 2025-2026 mövsümündə yayımlanan Sevdiğim Sensin, Taşacak Bu Deniz, Gözleri KaraDeniz və Bereketli Topraklar bu janrda ekranlara çıxan layihələr arasında olub.

Lakin bazar ertəsi yayımlanan seriallar arasında güclü rəqabət bir çox layihənin erkən final etməsinə səbəb olub.

Aynı Yağmur Altında əvvəlcə bazar ertəsi yayımlansa da, daha sonra gün dəyişdirilərək bazar gününə keçirilib. Buna baxmayaraq, serial üçün erkən final qərarı verilib.

Ben Leman əvvəlcə bazar ertəsi üçün planlaşdırılsa da, rəqabətdən yayınmaq üçün şənbə gününə keçirilib. Qısa müddət sonra isə final qərarı açıqlanıb.

Sakıncalı da ilk olaraq bazar ertəsi yayımlanmalı idi. Sonradan çərşənbə gününə keçirilən serial qısa müddətdə final edib.

Bundan başqa, Yeraltı və A.B.İ. üçün də əvvəlcə bazar ertəsi planlaşdırılsa da, rəqabət səbəbindən yayım günləri dəyişdirilib.

Bazar ertəsi yayımlanan Delikanlı serialı üçün də final qərarı verilib.

Hazırda bazar ertəsi axşamları yayımlanmağa davam edən yeganə layihə isə TRT-də nümayiş olunan Cennetin Çocukları serialıdır.
 


SON XƏBƏRLƏR

09 May 2026