• Bakı C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Məşhur reper xərçəngdən ÖLDÜ

ŞOU

11 Aprel 2026 | 00:02

Məşhur reper xərçəngdən ÖLDÜ

Amerikalı məşhur reper Afrika Bambaataa (Lans Teylor) vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, o, 68 yaşında ABŞ-nin Filadelfiya şəhərində dünyasını dəyişib. Məlumata görə, o, xərçəng xəstəliyinin yaratdığı ağırlaşmalar səbəbindən vəfat edib.

Qeyd edək ki, Bambaataa hip-hop mədəniyyətinin yaradıcılarından biri sayılır. 1970-ci illərin sonlarında "Universal Zulu Nation" adlı təşkilatı quraraq bu mədəniyyətin dünyada yayılmasına töhfə verib.

Onun ən məşhur işi 1982-ci ildə yayımlanan "Planet Rock" mahnısıdır. Bu trek hip-hopun inkişafına böyük təsir göstərib və ABŞ-da R’n’B çartında yüksək yerlərə yüksəlib.

Sənətçi 1980–1990-cı illərdə azyaşlılara qarşı zorakılıq etməkdə ittiham olunub. O isə bu iddiaları rədd edib./Axşam.az


SON XƏBƏRLƏR

10 Aprel 2026