q
  • Bakı 18° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Ramaldan ona “tənbəl” deyənlərə cavab

ŞOU

10 May 2026 | 14:40

Ramaldan ona “tənbəl” deyənlərə cavab

Müğənni Ramal İsrafilov tənbəl olması və çox yatması ilə bağlı iddialara münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, müğənni bu barədə “İki başlı” verilişində danışıb. O, yayılan söz-söhbətin həqiqəti əks etdirmədiyini bildirib:

“Mənim yatmağımla bağlı deyilənlər zarafatdır. Əgər yatmağımı gəlib çəksəniz, görərsiniz ki, yatağımın üstündə piano, balışın üstündə diktofon var. Belə yatmaq olar? Mən yuxuda mahnı yazmışam, oyanan kimi onu diktofona köçürmüşəm. Sənətə bu qədər ara verməyim atamla bağlı idi. O qədər “yatmaq” dedilər ki, yuxum ərşə çəkildi. Hesablasaq, bəlkə minə qədər mahnım var. Nə vaxt yatdım, yuxu gördüm ki, onları yazdım?

Sadəcə olaraq, mən təzə çıxanda deyirdilər ki, çalış sənə “tənbəl” sözünü deməsinlər. Bəzi toylar var ki, camaatı qorxudurlar ki, "Birdən yatar, gəlməz”. Bir Xalq artisti var, adını çəkmək istəmirəm. Mənə dedi ki, “Çalış haqqında deməsinlər ki, Ramal tənbəldir, efirə gecikir, yatır”. Bir də gördüm ki, elə bu fikir belə də yayıldı. Amma bütün tədbirlərdə vaxtında orada olmuşam. Kulisdə hazırlaşmışam”.


SON XƏBƏRLƏR

09 May 2026