• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

43 ildir buna görə evlənmirlər

ŞOU

10 May 2026 | 12:08 | Müəllif: Əli Hüseynov

43 ildir buna görə evlənmirlər

Hollivudun əfsanəvi aktrisası Qoldi Houn aktyor sevgilisi Kurt Rassellə 43 ildir rəsmi nikahda olmamasının səbəbini izah edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aktrisa "Hello" nəşrinə danışıb. Houn bildirib ki, onlar evlənməyərək özlərini qoruyurlar.

"Evlənsək, bir-birimizdən nəsə itirəcəyimizi düşündük. Bunu istəməzdik. Biz bir-birimizi hər gün seçmək istəyirik" deyə, aktrisa etiraf edib.

80 yaşlı Qoldi Houn əlavə edib ki, sahibkar olmağı sevmir:

"Düşünürəm ki, Kurt da eyni hiss edir. Evlilik azad hiss etməli olduğun sahələrdən biridir. Bu, özümüz olaraq qalmağımıza kömək edir".

Qeyd edək ki, cütlük 1983-cü ildən birlikdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026