Müğənni Rüfət Axundov qızı barədə danışmaq istəməyib.
Bakıvaxtı.az xəbər verir ki, "Qonaqcanlı" verilişində yer alan sənətçi qızından danışmağı xoşlamadığını deyib. O bildirib ki, övladlarının müğənni olmasını da istəmir:
"Oğlumun 14 yaşı olacaq. Məhəmmədəlinin səsi var, amma istəməzdim oxusun. Qızım isə qəti olmaz. Hazırda 11-ci sinifdə oxuyur, bu il bizi sevindirəcək. Dizayner olmaq istəyir, qəşəng şəkillər çəkir. Mən onlar haqda danışmağı xoşlamıram"./Axşam.az
Bakı 




