• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Gəncə Təndiri"nin fəaliyyəti dayandırıldı - FOTOLAR

CƏMİYYƏT

11 Mart 2026 | 17:01

"Gəncə Təndiri"nin fəaliyyəti dayandırıldı - FOTOLAR

Ağsu şəhərinin S.Vurğun küçəsində fəaliyyət göstərən "Gəncə Təndiri"ndə yoxlama aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Belə ki, obyektin ümumi sanitar vəziyyətinin qənaətbəxş olmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin döşəmə və divar səthlərinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan səthlərin təmirsiz vəziyyətdə olduğu və digər nöqsanlar aşkarlanıb.

Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.


"Gəncə Təndiri"nin fəaliyyəti dayandırıldı - FOTOLAR"Gəncə Təndiri"nin fəaliyyəti dayandırıldı - FOTOLAR"Gəncə Təndiri"nin fəaliyyəti dayandırıldı - FOTOLAR"Gəncə Təndiri"nin fəaliyyəti dayandırıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR