• Bakı C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

İrana qarşı əməliyyatlar nə vaxtadək davam edəcək?

DÜNYA

12 Mart 2026 | 06:14

İrana qarşı əməliyyatlar nə vaxtadək davam edəcək?

ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın yalnız qarşıya qoyulan məqsədlər yerinə yetirildikdən sonra başa çatacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tramp ABŞ-nin Kentukki ştatının Hibron şəhərində çıxışı zamanı danışıb.

ABŞ lideri bildirib ki, əməliyyat başa çatdırılmadan geri çəkilmək planlaşdırılmır. Onun sözlərinə görə, bu proses çox qısa müddətdə yekunlaşacaq.

“Biz işi bitirmədən getməyəcəyik. Bu isə çox tez baş verəcək”, – deyə Tramp qeyd edib.

Tramp həmçinin iddia edib ki, son 11 gün ərzində ABŞ silahlı qüvvələri İranın hərbi imkanlarına ciddi zərbə vurub. Onun sözlərinə görə, ölkənin radar sistemləri və hava hücumundan müdafiə vasitələri demək olar ki, sıradan çıxarılıb.

ABŞ prezidenti əlavə edib ki, əməliyyat başlayandan sonra İranın buraxdığı raketlərin sayı 90%, pilotsuz uçuş aparatlarının sayı isə 85% azalıb. Trampın iddiasına görə, bu müddətdə İran Hərbi Dəniz Qüvvələrinə məxsus 58 gəmi də məhv edilib./telegraf.az


SON XƏBƏRLƏR

11 Mart 2026