• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Əfqanıstanda dəhşət: Parkda insanlar güllələndi

DÜNYA

11 Aprel 2026 | 00:26 | Müəllif: Subhan Mahmudov

Əfqanıstanda dəhşət: Parkda insanlar güllələndi

Əfqanıstanın Herat vilayətinin İnjil rayonunda naməlum silahlılar parkda olan şəxsləri hədəfə alıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Matin Kani açıqlama verib.

Hadisə şahidlərinin sözlərinə görə, hücum edənlər əvvəlcə kişiləri onların ailə üzvlərinin gözü qarşısında güllələyiblər. Qaçmağa cəhd edən qadınlar da atəşə tutulub, ölənlər arasında uşaqların da olduğu qeyd edilir.

Hadisə nəticəsində 7 nəfər həyatını itirib, 13 nəfər yaralanıb və yaralılardan bəzilərinin vəziyyəti ağırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026