İrana qarşı müharibənin ilk həftəsi ABŞ-yə 11,3 milyard dollardan çox ziyan vurub.
Bakıvaxtı.az Le Monde nəşrinə istinadən xəbər verir.
Qəzetin anonim mənbələrə istinadən yazdığına görə, Pentaqon tərəfindən Konqres üzvləri üçün keçirilən brifinqdə bildirilib ki, müharibənin ilk həftəsi ABŞ-a 11,3 milyard dollardan (təxminən 9,8 milyard avro) çox başa gəlib.
Qeyd olunur ki, bu rəqəmə əməliyyatlara hazırlıq xərclərinin bir hissəsi daxil deyil və yekun məbləğin daha yüksək ola biləcəyi istisna edilmir.
ABŞ mətbuatının məlumatına görə, Pentaqon rəsmiləri daha əvvəl Konqresə münaqişənin ilk iki günündə təxminən 5,6 milyard dollar dəyərində sursat xərcləndiyini də bildirmişdilər. Bu rəqəm əvvəlki hesablamalardan xeyli yüksək qiymətləndirilir.
Aydın Baxış
Bakı 




